Rusiyada vətəndaşların hərbi qeydiyyatı ilə bağlı məlumat bazası yaradılır.
Bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib.
Onun sözlərinə görə dövlət informasiya resursu əsasında hərbi xidmətə cəlb olunan şəxslərin vahid reyestri aparılacaq.
"Baza hərbi qeydiyyat məlumatlarını dəqiqləşdirmək üçün hərbi komissarlığa edilən zəngləri minimuma endirəcək. Ənənəvi çağırış vərəqələri qalacaq, lakin onların elektron formada, məsələn, dövlət xidmətləri portalı vasitəsilə dublikatının çıxarılması təklif edilir. Hərbi komissarların hərəkətlərindən məhkəməyəqədər şikayət verilməsi qaydası müəyyən ediləcək.
Hərbi xidmətdən yayınan şəxslər ölkədən çıxışına qadağa, nəqliyyat vasitəsini idarə etmək imkanından məhrumetmə və daşınmaz əmlakla bağlı əməliyyatların aparılmasına qadağa qoyulmasına qədər məhdudiyyətlərlə üzləşəcəklər", - deyə rusiyalı parlemantari vurğulayıb.
Onun sözlərinə görə, hərbi xidmətə cəlb olunanlara göndəriləcək bütün növ çağırış vərəqələri eyni hüquqi qüvvəyə malik olacaq.
.
