Rusiya ilə Azərbaycan arasında dərin tarixi əlaqələri nəzərə alaraq, mədəni-humanitar sahə bizim birgə prioritetlərimiz sırasında qalır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü MDB departamentinin rəhbəri Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.

“Hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan mindən çoxu federal büdcə (dövlət büdcəsi-red) hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox dövlət təqaüdü verilir”, - Qonçar qeyd edib.

O xatırladıb ki, Bakıda artıq bir neçə ildir M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (2009-cu ildən) və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (2015-ci ildən) filialları uğurla fəaliyyət göstərir: “Mədəni və dil müxtəlifliyinin (Bakıda 341 rusdilli məktəb var) qorunub saxlanması və xalqlarımızın Böyük Vətən Müharibəsində göstərdiyi şücaətin xatirəsi məsələlərinə ümumi yanaşmalarımız var”.

.