Rusiyada son sutka ərzində koronavirusa 1175 yeni yoluxma qeydə alınıb.

Operativ Qərargahın məlumatında bildirilir ki, ümumi yoluxanların sayı 8672 nəfərə çatıb.

Yoluxma 81 regionu əhatə edir.

Son sutka ərzində ölənlərin sayı isə 5 nəfərdir. Rusiya ərazisində indiyədək koronavirusdan 63 nəfərin öldüyü açıqlanıb. Sağalanların ümumi sayı 583 nəfərdir.
.