Rusiya Federasiyasında sərnişinlərin təyyarəyə minmək qaydası dəyişib.

RİA "Novosti" xəbər verir ki, Nəqliyyat Nazirliyinin fevralın 24-dən qüvvəyə minən yeni qərarına görə, hava limanları sərnişinləri təyyarələrə elektron uçuş talonu ilə buraxa bilər.

Bildirilir ki, indi sərnişin sərbəst onlayn – qeydiyyat zamanı xüsusi talon alacaq və həmin talon ilə hava limanının steril zonasına keçə biləcək.

Məlumata görə, aviaşirkətlər yeniliklər barədə sərnişinləri məlumatlandırmalıdırlar.
.