Moskva yaxınlığındakı Mıtişi şəhərində kriminal avtoritetlərin yığıncağına polis müdaxilə edib.

Xüsusi təyinatlı polis dəstələri olan SOBR və OMON-un əməkdaşları qanunsuz silah və narkotik vasitələrin ticarəti ilə məşğul olan 50-dən çox şəxsi saxlayıblar.

Saxlanılanlardan 48 nəfərin Azərbaycan, 4-ü Ermənistan, Tacikistan və Dağıstandan olduğu bildirilib.

Onlardan cinayət fəaliyyətində iştiraklarının yoxlanılması üçün barmaq izi götürülüb.

Bundan əlavə, saxlanılanların üzərində "Sayqa" karabini, beş travmatik tapança və bıçaq aşkarlanıb.

.