Rusiyada məhkəmə binasında atışma olub.

Bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kemerovo vilayətində, Novokuznetskdə baş verib.

Hadisə zamanı 2 nəfər – bir qadın və bir kişi xəsarət alıb. "Kişi təcili yardım maşınında ölüb. O, ağır vəziyyətdə idi”, - hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd edilir ki, hadisəni törədən şəxs saxlanılıb.
.