Rusiyada son bir gündə 11 012 nəfərə koronavirus diaqnozu qoyulub.
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 209 688 nəfərə, ölənlərin sayı 1 915-ə, sağalanların sayı isə 34 306 nəfərə çatıb. Hazırda ölkədə 243 000 nəfər COVID-19 şübhəsi ilə həkim nəzarətindədir.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.
