Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

O, COVID-19 infeksiyasına qarşı ilk peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini bəyan edib.

“Bildiyim qədər bu gün səhər dünyada ilk dəfə yeni növ koronavirus infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib”, - deyə Rusiya Prezidenti hökumət üzvləri ilə keçirdiyi iclasda qeyd edib.

V. Putin Səhiyyə naziri Mixail Muraşkodan bu haqda ətraflı məlumat verməyi də xahiş edib: “Bilirəm ki, peyvənd olduqca effektiv təsir göstərir, dayanıqlı immunitet formalaşdırır. Təkrar edirəm ki, bu peyvənd bütün lazımi yoxlamalardan keçib”.

.