Rusiya Səhiyyə Nazirliyi növbəti koronavirus peyvəndi “EpiVacCorona-N”in klinik sınaqlarını təsdiqləyib.

“RİA Novosti” bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin klinik sınaqlarının aparılması üçün icazə reyestrinə istinadən xəbər yayır.

Araşdırma 18-60 yaş arası könüllüləri əhatə edir. Sınaqlar 8 aprel tarixində başlayıb ,30 sentyabrda bitəcək.

Dərman “Vektor” Dövlət Virusoloji və Biotexnologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb.

Qeyd edək ki, Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi də var.

.