Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 802 nəfər artaraq 313 817-yə yüksəlib.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 15 316 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 601 300 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 623 677 nəfər sağalıb.

.