Rusiyada son bir gündə 10 633 nəfərə koronavirus diaqnozu qoyulub.
Bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb.
Virusa yoluxanların yarısından çoxunda koronavirusun simptomları müşahidə edilməyib.
Ukraynada daha 502 nəfərdə koronavirus aşkarlandı, 9 nəfər ölüb
Ukraynada bir gündə koronavirusa yoluxanların sayı 502 nəfər olub, 9 nəfər ölüb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Məlumatda qeyd olunur ki, beləliklə ölkədə koronavirusa yoluxma halı artaraq – 11913-a çatıb.
Qeyd edək ki, indiyə kimi Ukraynada ümumilikdə koronavirusdan 288 nəfər ölüb, 1547 sağalıb.
Ermənistanda koronavirusa yoluxanların sayı 2 400-ə çatır
Ermənistanda daha 113 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 386-ya yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 35 nəfər ölüb. Bundan başqa, indiyədək 1 035 nəfər koronavirusdan sağalıb.
Gürcüstanda koronavirusa yoluxanların sayı 590-a çatdı
Gürcüstanda koronavirusa yoluxanların sayı 7 nəfər artaraq 589-a çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 207 nəfər sağalıb, 8 nəfər isə ölüb.
Hazırda ölkə üzrə karantində 5 066, stasionar nəzarətdə isə 528 nəfər saxlanılır.
.
