Oxot dənizində batan "Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında olan Azərbaycan vətəndaşlarının adları açıqlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Azərbaycan vətəndaşları aşağıdakılardır:
Səfərov Məhəmməd Səfər oğlu (12.02.1964)
Talıbov Mayilağa Ulduz oğlu (28.12.1964)
Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987)
Əliyev Elman Sərdan oğlu (17.10.1964)
Şakirov Fazil Bilal oğlu (23.10.1959)
Əliyev Yaşar Sərdan oğlu (13.03.1975)
Sadıqov İməməddin Hidayət oğlu (23.02.1969).
M. Talıbov, E. Əliyev və İ. Sadıqov qəzadan sonra xilas edilənlər arasındadır. Digərlərinin taleyi barədə hələlik məlumat yoxdur.
Elman və Yaşar Əliyevlərin qardaş olduğu bildirilir.
Xatırladaq ki, qəza zamanı 54 nəfərin öldüyü barədə xəbər yayılıb.

***
Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan "Uzaq Şərq” adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil.
Xilas olunanlar donma nəticəsində ağır, bəziləri isə çox ağır vəziyyətdədir.
Heyət üzvləri arasında neçə nəfər azərbaycanlının olduğu və onların adları hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Uzaq Şərq” traulerinin uzunluğu 104 metr, eni 16 metr, tonnajı 5,7 tondur.
.