Rusiyanın Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

"İnterfax” Agentliyin verdiyi xəbərə görə, ölənlərdən üçü uşaqdır.
Qazaxıstandan gələn avtobusla Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarının toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

****

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
"RBC.ru” verdiyi xəbərə görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb. Ölənlər arasında uşaqların da olduğu deyilir.
.