Rusiya Federasiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidməti Çində orthonairovirusun ( bataqlıq virusu və ya “WELV” - Qeyd) müəyyən edilməsi ilə bağlı xəbərlər dərc edildikdən sonra Çin Xalq Respublikasının Xəstəliklərin Qarşısının Alınması və Nəzarət İdarəsinə epidemioloji vəziyyətlə bağlı sorğu göndərib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya ikitərəfli əməkdaşlıq vasitəsilə Pekindən epidemioloji vəziyyətlə bağlı məlumat tələb edib.

Xatırladaq ki, Pekin Mikrobiologiya və Epidemiologiya İnstitutunun çinli alimləri gənə vasitəsilə ötürülən və sinir sisteminə zərər verən yeni virus aşkar ediblər. Xəstəlik insanlar üçün təhlükəlidir.

“WELV” infeksiyası olan xəstələrdə qızdırma, başgicəllənmə, baş ağrısı, halsızlıq və bel ağrısı, həmçinin ürəkbulanma, qusma və ishal kimi ümumi simptomlar müşahidə olunur. Laboratoriya testlərinin nəticələri bir çox xəstədə toxuma zədələnməsi və qan laxtalanması əlamətlərini göstərib.

.