Moskva Aya Sofya məbədinin statusu ilə bağlı qərarda Türkiyə hakimiyyətinin bu obyektin ümumdünya əhəmiyyətini nəzərə alacağına ümid edir.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Biz öz mövqeyimizi gizlətmirik. Təbii ki, burada söhbət Türkiyə tərəfinin qəbul etdiyi qərarlardan gedir. Ümid edirik ki, bu obyektin ümumdünya əhəmiyyəti də nəzərə alınacaq”, - deyə Rusiya XİN başçısının müavini vurğulayıb.
Qeyd edək ki, hazırda Türkiyədə Aya Sofya məbədinin yenidən məscid kimi istifadə olunması barədə aktiv müzakirələr gedir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Şurasının Aya Sofyanın statusunun dəyişdirilməsinin mümkünlüyü ilə bağlı qərarını gözlədiyini və bundan asılı olaraq hərəkət edəcəyini bəyan edib.

.