Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Üçtərəfli İşçi Qrupun fəaliyyətinin aktivləşməsini alqışlayırıq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Bildiyiniz kimi, İşçi Qrupun iyunun 3-də X iclası keçirilib. Tərəflər bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırıblar. Müzakirələr 16-17 iyun tarixlərində Peterburq İqtisadi Forumu çərçivəsində də davam etdirilib. Rusiya tərəfi məlum prosesə kömək etməyə davam edir”, - Rusiya XİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, Azərbaycanı İşçi Qrupda Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk, Ermənistanı isə Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir.

.