Ukrayna Rusiyanın ölkədəki ümumi dəyəri 2 milyard dollardan çox olan aktivlərini oğurlamağı planlaşdırır.

TASS verdiyi məlumata görə, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiyanın iki An-148 sərnişin təyyarəsini müsadirə etmək istəyir ki, bu da “gizli oğurluqdur”. O vurğulayıb ki, Kiyevin planları bununla məhdudlaşmır.

Polişçuk qeyd edib ki, Ukrayna Ali Antikorrupsiya Məhkəməsi Ədliyyə Nazirliyinin şəxsi aktivlərin müsadirə edilməsi ilə bağlı iddiaları üzrə 32 müsbət qərar qəbul edib, daha 6 işə baxılır.

Diplomat əlavə edib ki, dəyəri 2 milyard dollardan çox olan 688 aktiv, o cümlədən onlarla müəssisə, korporativ hüquqlar, yaşayış və qeyri-yaşayış obyektləri, nəqliyyat vasitələri artıq sanksiyaya məruz qalıb.

.