Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi obyektlərinə, o cümlədən raket hücumu barədə xəbərdarlıq sisteminə hücumlarına Moskvanın cavabı asimmetrik ola bilər.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“Cavablar asimmetrik ola bilər. ABŞ-nin bununla bağlı mövqeyinə gəlincə, bu, məsuliyyətsizlikdir. Onlar Kiyevə hər hansı cinayətə, bu qəbildən olan addıma görə indulgensiya veriblər. Bu ittihamların qarşısını almaq üçün heç nə etmirlər. ABŞ-nin özünə də bu müharibə baha başa gələcək və nəticələrini də hiss edəcək”, - o bildirib.

.