Oktyabrın 15-də Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar arasında telefon danışığı olub.

Tərəflər Dağlıq Qarabağ münaqişə zonasında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, danışıqlar zamanı oktyabrın 10-da əldə olunmuş humanitar atəşkəs rejimin elan olunmasından sonra yaranan vəziyyət dəyərləndirilib.

Rəsmilər münaqişə tərəflərini Moskva sazişinin bütün bəndlərinə, ilk növbədə atəşin dayandırılmasını, dayanıqlı yoxlama mexanizminin yaradılmasını və ATƏT Minsk qrupunun səyləri çərçivəsində substantiv danışıqların aktivləşdirilməsini nəzərdə tutan müddəalara əməl etməyə çağırıb.

.