Rusiya Cənubi Qafqaz üzrə "3+3" platformasının tamtərkibli təşkilata çevrilməsi istiqamətində iş aparır.
Yenizaman TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ikinci "Rusiya-Ermənistan" ictimai forumunda bildirib.
"Regionun bütün ölkələrinin maraqlarının harmonizasiyasında "3+3" regional əməkdaşlıq platformasına mühüm yer ayırırıq. Platformanın Cənubi Qafqazda qarşılıqlı fəaliyyət üzrə tamtərkibli təşkilata çevrilməsi üzərində işləyirik", - nazir müavini qeyd edib.
.