Kollektiv Qərb ölkələri Rusiya iqtisadiyyatına qarşı 20 minə yaxın sanksiya tətbiq edib.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Federasiya Şurasında keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

“Rusiyaya qarşı artıq 20 minə yaxın müxtəlif məhdudlaşdırıcı sanksiyalar tətbiq edilib. Əslində, onları sanksiya adlandırmaq da olmaz, çünki sanksiyalar BMT Təhlükəsizlik Şurasının qanuni tədbiridir, bunlar isə birtərəfli məhdudlaşdırıcı tədbirlərdir”, - diplomat bildirib.

Onun sözlərinə görə, ABŞ və Aİ tərəfindən davam edən sanksiyaların tətbiqi Rusiyanın zəifləməsini və yıxılmasını təmin etmək məqsədi daşıyır.

.