Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş diqqətli hazırlıq tələb edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Putin-Tramp görüşünün təşkili üçün şərtlər hazırda təmin olunmayıb.

"İstənilən zirvə görüşü dərin hazırlıq və bütün aspektlərin diqqətlə nəzərdən keçirilməsini tələb edir. Hazırda bu görüşün təşkili üçün nə birinci, nə də ikinci şərt yerinə yetirilməyib", - rusiyalı nazir müavini vurğulayıb.

Ryabkov qeyd edib ki, xarici siyasət qurumları belə bir təmasın əsas aspektləri ilə bağlı fəal şəkildə işləyirlər.

.