Moskva Livandakı hadisələrin inkişafından narahatdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, peycerlərin kütləvi partlaması terror aktlarının və texnologiyadan istifadənin tamamilə yeni növüdür.

Zaxarova deyib ki, Rusiya bir neçə günlük misli görünməmiş terror kiberhücumlarından sonra Livanda baş verən hadisələrdən dərin narahatdır.

Diplomat qeyd edib ki, İsrailin Livanda genişmiqyaslı hərbi əməliyyatına başlaması fəlakətli nəticələrə səbəb olacaq.

.