ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın səsləndirdiyi “Ukraynanın Krımda Rusiyanın hərbi infrastrukturuna zərbələr endirməsinə dəstək” ifadəsi ABŞ-ın münaqişədə iştirakına işarə edir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
“Onlar (ABŞ-red.) Ukraynaya böyük miqdarda silah verir, kəşfiyyat məlumatları ötürür, hərbi əməliyyatların planlaşdırılmasında birbaşa iştirak edir, Ukrayna hərbçilərinə, müxtəlif qanunsuz silahlı birləşmələrin nümayəndələrinə təlimlər keçirlər və bunu artıq uzun müddətdir ki, edirlər”, - Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, rəsmi Vaşinqton artıq daha da irəli gedərək Kiyev rejimini hərbi əməliyyatları daha da gərginləşdirməyə təhrik edib.
.
