Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Rusiyanın Zəngəzur dəhlizinə görə İrəvana təzyiq etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bunu Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan tərəfinin bəyanatları eyham (“insuniasiya”) adlandırıb və Moskvanın bundan bezdiyini söyləyib.

Rusiya XİN sözçüsü ölkəsinin Zəngəzur dəhlizi terminindən istifadə etmədiyini qeyd edib:

“Birincisi, biz bu barədə danışarkən Azərbaycandan Ermənistanın Syunik vilayətindən keçməklə Naxçıvana uzanan marşrutu deyirik. İkincisi, onlar Rusiyanın təzyiq etdiyini söyləyirlər. Kimə kim təzyiq edir, başa düşmürəm. Bəlkə onların faktı var?!, Onda qoy təqdim etsinlər. Biz hansısa bir marşrutun yaradılmasının tərəfdarı deyilik, Cənubi Qafqazın iqtisadi və nəqliyyat kommunikasiyalarının tam açılmasının tərəfdarıyıq. Biz bunun şəffaf və qarşılıqlı sərfəli şərtlərlə baş verməsinin tərəfdarıyıq. Bu təkcə söz deyil, bu işdir. Bu cür iş baş nazirlərin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrup çərçivəsində aparılır. Bəyəm bu barədə İrəvanda bilmirlər? Nə vaxtsa Üçtərəfli İşçi Qrupun fəaliyyəti Ermənistanda şikayət doğurub? Heç vaxt!. Ona görə ki, bu iş bərabərhüquqludur. Üçüncüsü, Üçtərəfli İşçi Qrupda ölkələrin öz ərazilərindən keçən nəqliyyat marşrutları üzərində suverenliyə və yurisdiksiyaya malik olması ilə bağlı möhkəm anlayışa nail olunub. Heç vaxt hansısa eksterritorial dəhlizlərin yaradılmasından söhbət getmeyib. Bu da Ermənistan tərəfinə yaxşı məlumdur. Dördüncüsü, Üçtərəfli İşçi Qrup öz fəaliyyətini Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında aparır. Orada nə qeyd olunub? Orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinə nəzarət etməsi rolu haqqında dəqiq şəkildə deyilir. Məhz bu barədə ötən brifinqdə detallı şəkildə danışılmışdı. Bütün bunlar rəsmi İrəvan üçün yeni xəbər deyil. Xüsusi ilə də, Ermənistan XİN-nin bizim bu şərhimizə şiddətli reaksiyası təəccüb doğurur. Xatırlatmaq istəyirəm ki, Rusiya sərhədçiləri artıq uzun illərdir ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini müvafiq ikitərəfli razılaşmalara əsasən uğurla mühafizə edir”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

.