Moskva MDB-də parçalanma əlamətləri görmür.

Bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin "RİA Novosti" agentliyinə müsahibəsində məlumat verib.

Nazir müavini Ermənistanı Rusiyanın mühüm tərəfdaşı və MDB-də maraqlı iştirakçı tərəf adlandırıb.

Ermənistanın Moldovanın timsalında birlikdən çıxmaq barədə düşünə bilərmi sualına cavab verərkən o deyib:

"Müəyyən mərhələdə həqiqətən də İrəvanın MDB platformasında fəallığında azalma müşahidə olunub. Amma ümumilikdə ilin yekunlarını müsbət hesab etmək olar. Ermənistan tərəfi təşkilatın oktyabrın 13-də Bişkekdə keçirilən sammitinin əksər qərarlarına qoşulub. 2023-cü ildə qəbul edilmiş birgə bəyanatları dəstəklədi”, - deyə Pankin bildriib.

.