Rusiya Xarici İşlər Nazirliyi Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Azərbaycandan nota aldığını təsdiqləyib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçidiyi brifinqdə bildirib.

“Bəli, həqiqətən də diplomatik kanallarla biz notanı almışıq. Mən bunu təsdiqləyə bilərəm”, - Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova qeyd edib ki, Rusiya Azərbaycanın notasına cavab olaraq “Rus Evi” qeydiyyatı üçün lazımı işləri görməyə hazır olduğunu bəyan edib: “Bunu əlbəttə ki, Azərbaycanın qanunvericiliyinə uyğun olaraq və ikitərəfli hökumətlərarası saziş əsasında etməyə hazırıq. Biz dəfələrlə diplomatik kanallarla müvafiq məsləhətləşmələr çərçivəsində bu məsələni müzakirə etməyi təklif etmişik. Bu təkliflər yazılı şəkildə Azərbaycan tərəfinə göndərilib. Ona görə də, biz ümid edirik ki, bu məsələ müsbət əsasda həll olunacaq”.

.