Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsi məsələsini rəsmi İrəvanın preroqativi adlandırıb.

Rusiyalı nazir müavini ölkəsinin Ermənistanın Moskvadakı hazırkı səfirinin işindən razı olduğunu söyləyib.

Bildirib ki, səfir Vaqarşak Arutyunyan ikitərəfli münasibətlərə mühüm töhfə verib.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin Rusiyadakı səfiri dəyişdirməyi planlaşdırdığını, yeni səfirin namizədliyinin artıq təsdiqləndiyini söyləyib.

.