Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli münaqişə tərəflərinin maraqlarına cavab verir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında deyib.

XİN rəsmisi qeyd edib: "Münaqişənin sülh yolu ilə həlli bütün iştirakçıların - həm ATƏT-in Minsk qrupunun, həm münaqişə tərəflərinin maraqlarına cavab verir. Biz həmişə bunu dəstəkləmişik və bu, əsas məqsədimiz olub".
.