Böyük Britaniya müdafiə nazirinin müavininin sözləri Qərbin Ermənistanı Rusiya Federasiyasına qarşı yönəlmiş alətə çevirmək istəyinin birbaşa təsdiqidir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bildirib ki, London “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurmaq istəyindədir.
London İrəvanın bu qərarını “Ermənistanın suveren hüququnun həyata keçirilməsi” kimi qiymətləndirib.
.
