Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı və almaniyalı həmkarları Jan iv Lö Drian və Hayko Maasla telefonla danışıb.

Rusiya XiN mətbuat xidməti verdiyi məlumatına görə, xarici siyasət idarələrinin rəhbərləri Azərbaycan-Ermənistan sərhədindəki və Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, həmçinin, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar tarixli bəyanatlarının müddəalarının yerinə yetirilməsinin gedişaatını müzakirə ediblər.

Atəşkəs rejiminə ciddi riayət olunmasının, eləcə də ortaya çıxan fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin vacibliyi vurğulanıb.

Nazirlər ATƏT-in Minsk qrupunun Azərbaycan və Ermənistan arasında danışıqlar prosesindəki rolunu təsdiqləyiblər.

Rusiya tərəfindən qeyd edilib ki, beynəlxalq təşkilatların danışıqlar prosesində hər hansı bir iştirakı yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.

.