"Bəzi ölkələrin iqlim gündəmi ilə bağlı çıxışları təəcübləndirir".
Bunu Rusiya paytaxtında keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, iqlim mövzusu siyasiləşməklə yanaşı, həm də manipulyasiya və yalanların meydanına çevrilib.
“İqlim mövzusu hər birimizə aiddir. Bu ətraf mühit, su, hava, hər şey deməkdir. Dünyada baş verən müxtəlif təbiət hadisələrinin şahidiyik. Bu, gələcəyimizin vacib gündəmidir. Lakin biz görürük ki, nəinki son illər, hətta onilliklər ərzində iqlim mövzusu siyasiləşməklə yanaşı, həm də manipulyasiya və yalanların meydanına çevrilib. Bəzi ölkələrin iqlim gündəmi ilə bağlı çıxışları təəcübləndirir. Onlar ya çağırır ki, hansısa sənədə imzalamaq lazımdır, sonra bundan imtina edir, daha sonra razılaşmadan özləri çıxır, bəzən isə yenə hamını həmin razılaşmaya dəvət edir. Məncə, ən bariz nümunələrdən biri Qreta Tunberq ətrafındakı vəziyyətdir. Onlar onu oyunacaq kimi istifadə edib. Bu baş verməməlidir. Ciddi müzakirələr aparılmalıdır. Azərbaycan üçün arzuladığım budur. Ekologiya məsələləri hansı mövzudan danışacağına əhəmiyyət verməyənlər tərəfindən oğurlanmamalıdır", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
.