“ABŞ Ukrayna məsələsində uçuruma doğru yaxınlaşıb”.
Yenizaman-ın TASS-a istinadən məlumatına görə, bunu “RT”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O bildirib ki, buna səbəb Rusiyanın döyüş meydanında məğlub ediləcəyi ilə bağlı ideyalardır:
“ABŞ hazırda özlərinin qurduğu qaranlıq xəyallar dünyasında yaşayır. Onlar hesab edir ki, Rusiyanı döyüş meydanında məğlub edə biləcəklər. Bu ideyanın sonu isə onlar da daxil olmaqla, bu acı reallığa göz yumanlar üçün heç də yaxşı nəticələnməyəcək”.
Rusiyalı nazir müavini Ukraynaya “ATACMS” tipli raketlərin təchizatına, eləcə də ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməklə bağlı icazəsinə də toxunub.
O bildirib ki, həmin silahlar döyüş meydanında sıradan çıxarılacağı üçün Qərb bu məqsədinə nail ola bilməyəcək:
“Bununla belə bölgədə risk və təhlükənin miqyası artır. Vaşinqtonun Ukraynaya ölkəmizin dərinliklərinə zərbələr endirilməsinə icazə verməsi münaqişənin eskalasiyasına yönələn addımdır. Vaşinqton Kiyevi məhz buna təhrik edir”.
.