ABŞ Rusiya KİV-inə qarşı hər addımına görə cavab alacaq.

Bunu "Solovyev Live" telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi ABŞ-nin qəbul etdiyi məhdudiyyətləri diqqətlə təhlil edəcək və onlara cavab verəcək: “Ölkəmizə qarşı atılan addımların cavabsız qalmayacağını anlamalı olacaqlar”.

Qeyd edək ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq olunduğunu elan edib.

.