Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu həftə Azərbaycana səfər edəcək.
Rusiyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Q.Karasin mayın 10-da Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılışına qatılacaq.
Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəhbəri Vladimir Çernov və Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov da tədbirdə iştirak edəcəklər.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti administrasiyaları tərəfindən keçiriləcək.
.
