Ukrayna ilə Rusiya arasında tranzit yüklərin daşınması haqda razılıq əldə edilib.
Yenizaman.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Andrey Pivovarski bildirib
Məlumata görə, razılaşma fevralın 25-i saat 00.00-dan etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, fevralın 14-dən hər iki ölkə qarşlıqlı olaraq Rusiya və Ukraynaya məxsus yük avtomobillərinin bir-birinin ərazisindən keçməsini qadağan etmişdi. 
.