Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
TASS agentliyinin verdiyi xəbərə görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Söhbət zamanı tərəflər Suriyada münaqişənin siyasi vasitələrlə tənzimlənməsi yollarını müzakirə ediblər:
"Nazirlər ikitərəfli təmasların qrafikinə nəzər salıblar, habelə Suriyadakı böhranın siyasi yolla tənzimlənməsi imkanlarını müzakirə ediblər”, - deyə Rusiya XİN-dən bildirilib.
