Rusiya və Tacikistan birgə hava hücumundan müdafiə (HHM) sistemi yaradır.

RT xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Düşənbədə tacikistanlı həmkarı Şerali Mirzo ilə danışıqlar zamanı məlumat verib.

“Hava məkanında dövlət sərhədinin qorunmasının etibarlılığını artırmaq üçün Rusiya Federasiyası və Tacikistan Respublikasının Birgə Regional Hava Hücumundan Müdafiə Sisteminin yaradılması barədə saziş layihəsi hazırlamışıq. Təklif edirəm ki, görüşün sonunda bu sazişi imzalayaq”, - Şoyqu deyib.

.