Rusiyanın xarici işlər naziri Sergey Lavrov və kanadalı həmkarı Mark Qarno Qarabağ məsələsini müzakirə ediblər.

Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.

İki ölkənin XİN başçılarının görüşü Arktik Şuranın xarici işlər nazirlərinin İslandiyanın paytaxtı Reykyavikdə keçirilən toplantısı çərçivəsində baş tutub.

“Mark Qarno Kanadanın Ermənistan və Azərbaycanı gərginliyi azaltmağa çağırdığını təkrarlayıb”, - nazirlikdən bildirilib.

.