İran Prezidenti İbrahim Rəisi ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, liderlər Qafqazdakı son prosesləri müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Yaxın Şərqdəki durum barədə danışıblar.

Qeyd edək ki, İ.Rəisi bundan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışmışdı.

.