Rusiya Prezidenti Vladimir Putin və Hindistanın Baş naziri Narendra Modi siyasət, təhlükəsizlik, iqtisadiyyat və digər sahələrdə ikitərəfli əməkdaşlıq üzrə genişmiqyaslı planları əks etdirən birgə bəyanat qəbul ediblər.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Modi sənəd imzalama mərasimində bildirib ki, RF və Hindistan iqtisadi əməkdaşlıq proqramını 2030-cu ilə qədər tamamlamağa razılaşıb.
"Biz bu gün iqtisadi əməkdaşlıq proqramını 2030-cu ilə qədər tamamlamaq qərarına gəldik. Bu, ticarət investisiyalarımızın daha çox şaxələndirilməsinə, daha balanslı və daha dayanıqlı olmasına kömək edəcək", - N.Modi bildirib.
Həmçinin 2030-cu ilə qədər mədəniyyət üzrə mübadilə proqramı təsdiq olunub.
O qeyd edib ki, ölkələr yaxın zamanda turistik qruplar üçün 30 günlük vizasız səyahət yolu açacaqlar.
.
