Rusiya və Belarus taekvondoçularının beynəlxalq yarışlarda iştirakına icazə verilib.

Bu barədə qərarı Ümumdünya Taekvondo Federasiyası açıqlayıb.

Qurumun Şurasının toplantısında qərara alınıb ki, hər iki ölkənin idmançıları təşkilatın bayrağı altında yarışlara buraxılsın. Bunu Rusiya yığmasının baş məşqçisi Vadim İvanov açıqlayıb. O bildirib ki, iştirak edəcəkləri ilk yarış Bakıdakı dünya çempionatı olacaq.

Qeyd edək ki, taekvondo üzrə 26-cı dünya çempionatı mayın 29-dan iyunun 6-dək Bakıda keçiriləcək.

.