"Moskva və Bakı Xəzər dənizində kruiz gəmiçiliyinin işə salınmasına və regionda turizmin inkişafına təşviq etmək barədə razılığa gəliblər".

TASS-ın xəbərinə görə, bu sözləri Rusiya və Azərbaycan hökumətlərarası komissiyasının iclasında Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

"Biz Rusiya bayrağı altında sərnişin gəmilərinin iştirakı ilə Xəzəryanı dövlətlərin dəniz limanlarına turistlərin gəlmək imkanı çərçivəsində Xəzər dənizində kruiz xidmətinin açılması üçün yaxşı perspektivlər görürük və Xəzər dənizi regionunda kruiz gəmiçiliyinin və turizmin inkişafına kömək etmək barədə razılığa gəlmişik", - deyə o bildirib.

.