Moskva Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüş təşkil etmək ideyasını dəstəkləyir və lazım gələrsə, öz platformasını təqdim etməyə hazırdır.

Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Təbii ki, görüşün faydalı olacağına inanırıq. Söhbət əlaqə yaratmaqdan gedir, indi hərbi və xüsusi xidmət orqanları vasitəsilə belə əlaqələr qurulub. Biz onları dəstəkləyirik, görüşməyə təşviq edirik, mövqelərdə ortaq məxrəclər tapırıq" – deyə rusiyalı diplomat vurğulayıb.

Boqranov qeyd edib ki, Moskva regiondakı digər ölkələrlə olduğu kimi, Ankara ilə Dəməşq arasında dövlətlərarası münasibətlərin normallaşmasının tərəfdarıdır.

.