Ermənistanın dəmir yolu infrastrukturunun (Cənubi Qafqaz Dəmir Yolu) idarə olunması üzrə konsessiyanı güzəştə etmək çağırışları qəribə səslənir.
TASS xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib.
Onun sözlərinə görə, dəmir yolunun idarədə olunması ilə bağlı mövcud müqavilə Ermənistan üçün əlverişli şərtlərlə imzalanıb və ondan imtina qarşı tərəf üçün ciddi maliyyə öhdəlikləri yaradacaq.
Şevtsov xərclər sırasında konsessiya hüquqlarının alınması və kompensasiyalar üçün ən azı 250 milyon ABŞ dolları, illik istismar xərcləri təxminən 40 milyon dollar, İcevan sahəsinin bərpası üçün təxminən 400 milyon dollar, Vanadzor–Fioletovo xəttinin yenilənməsi üçün təxminən 200 milyon dollar, Türkiyə və Naxçıvan sərhədi yaxınlığındakı sahələrin bərpası üçün təxminən 40 milyon dollar vəsait lazım olacağını qeyd edib.
O vurğulayıb ki, Ermənistan dəmir yolu ilə yükdaşımaların real həcmi və gələcək artım potensialı hələ tam təsdiqlənməyib. Onu da qeyd edib ki, Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə, Ermənistanın yükdaşımalarının azalması ehtimalı var.
.
