"Ötən ilin noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısının vurulma əmri Fətullahçı terror təşkilatının rəhbəri Fətullah Gülənin yaxın adamı tərəfindən verilib".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Şərqsünaslıq institutunun professoru Ruslan Qurbanov deyib:
"Noyabrın 24-də rus qırıcısını kim vurdu, əmri kim verdi? Bu təlimat nə prezident, nə də baş nazir tərəfindən verilib. Bu təlimatı İncirlik bazasında növbətçi olan polkovnik verib. Sonradan bu polkovnikin Gülənin yaxın adamı olduğu aşkarlanıb. Fətullahçı polkovnik bununla Rusiya və Türkiyənin arasını vurmağa çalışıb".
Qurbanov Türkiyədə baş verən 15 iyul hadisələrini də qiymətləndirib: "Bu hadisələrdən sonra türk xalqının NATO-ya münasibəti məlum oldu. Hərbi çevrilişə cəhdə hazırlıqda İncirlik hərbi bazası "Troya atı" rolunu oynayıb. Türkiyəni bu məsələdə bu gün də təhlükə gözləyir. Ankara bunu yaxşı bilir. Ancaq yaxın vaxtlarda Türkiyənin NATO-nu tərk edəcəyini demək düzgün olmaz".
