Rusiyanın ABŞ-dəki səfirliyi gələn həftə ikitərəfli münasibətlər mövzusunda Amerika administrasiyasının nümayəndələri ilə təmaslar barədə razılığa gəlib.

Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Gələn həftə təmaslar barədə razılığa gəldik. İkitərəfli münasibətlərin problemləri, bundan sonra necə yaşamalı olduğumuz, Rusiya-Amerika münasibətlərinin tamamilə pozulmaması üçün hər hansı şansın olub-olmaması haqqında müzakirələr apardıq”, - deyə səfir vurğulayıb.

.