Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə əhəmiyyətli sazişdir.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
Səfir Moskva Bəyannaməsinin ölkələr arasında əlaqələr üçün önəmli olduğunu diqqətə çatdırıb.
Diplomat deyib ki, Rusiya Azərbaycanla əlaqələrin inkişafında çox maraqlıdır.
Boçarnikov vurğulayıb ki, Moskva Bəyannaməsi Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün vacib bir anlaşmadır və bu bəyannamə beynəlxalq hüququn önəmli parçasıdır.
Səfir: “Rusiya və Azərbaycan arasında regional əlaqələr inkişaf edib”
Azərbaycanla Rusiya müstəqillik sınağından uğurla çıxıblar.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Moskva Bəyannaməsi gələcək inkişafı üçün vacib bir sənəddir.
Boçarnikov Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb.
O diqqətə çatdırıb ki, 30 ildə Azərbaycanla Rusiya arasında ticari-iqtisadi əlaqələr, eyni zamanda regional əlaqələr çox inkişaf edib.
Diplomat deyib ki, pandemiya mədəni əlaqələrə təsir edib.
Səfir yaxın vaxtlarda mədəniyyət günlərinin keçiriləcəyini, təhsil sahəsində çox böyük addımların atıldığını vurğulayıb.
Diplomat iki ölkənin iqtisadi əlaqələrinə də diqqət çəkib və bunu müsbət qiymətləndirib.
Boçarnikov əlavə edib ki, Rusiya tərəfindən Azərbaycana sərmayələr qoyulur, eyni zamanda, ölkələr arasında ticarət dövriyyəsinin həcmi yüksək olub.
Səfir: “Artıq Rusiya ilə Azərbaycan arasında quru sərhədlərini açmaq lazımdır”
Azərbaycan tərəfi qarşılıqlı inkişaf üçün çox münbit şərait yaradıb.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, iki ölkə arasında rəqəmsal innovasiya sahəsində də sənədlər imzalanıb.
Rusiya və Azərbaycan Elmlər Akademiyalarının əlaqələrinə diqqət çəkən diplomatın sözlərinə görə, elmi texnoloji inkişaf çox əhəmiyyətlidir. Səfir əlavə edib ki, elm sahəsində də Rusiya və Azərbaycan önəmli addımlar atılacaq.
Boçarnikov turizm sahəsindən də danışıb. O diqqətə çatdırıb ki, Azərbaycan hər zaman rus turistlərin diqqət mərkəzində olub.
“Artıq quru sərhədlərini açmaq lazımdır. Bununla daha çox turist səfər edəcək”, - diplomat qeyd edib.
Rusiya səfiri: "Azərbaycana bəzi qida məhsulları üzrə ixrac qadağası müvəqqətidir"
Qarşılıqlı milli valyuta ilə ödənişlər mümkün olacaq. Bu, Moskva Bəyannaməsində də öz əksini tapıb.
Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycana bəzi qida məhsulları üzrə ixrac qadağası müvəqqətidir və bir neçə aya bu qadağa aradan qaldırılacaq. Səfir bildirib ki, tərəvəzlərin ixracına qoyulan qadağalar artıq ləğv edilib.
Səfir onu da vurğulayıb ki, Rusiya və Azərbaycan arasında aviareyslər bərpa olunur.
“Biz Azərbaycandan xahiş etdik ki, Rusiya aviaşirkətləri uçuş həyata keçirə bilsinlər”, - o qeyd edib.
.
