Vaşinqton Cənubi Qafqazda nəqliyyat blokadasının aradan qaldırılması üçün “unikal” həllin olduğunu deyəndə hiyləgərlik edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Zaxarova qeyd edib ki, ABŞ Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində görüləndən yeni bir şey təklif edə bilməz.

O, təəssüflə vurğulayıb ki, qərblilərin destruktiv təsiri üzündən Üçtərəfli Qrupda iş Ermənistan hakimiyyətinin mövqeyinə görə dayandırılıb.

.