Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-33 qırıcısı Aralıq dənizində "Admiral Kuznetsov" krayserinə eniş zamanı qəzaya uğrayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat verilib.
Qəzanın səbəbləri məlum deyil. Pilot katapult edib. Hadisə zamanı təyyarə Suriyadakı əməliyyat fəaliyyətini başa vurub, bazaya qayıdırmış.
Qeyd edək ki, bu, Rusiyanın Suriya əməliyyatları zamanı qəzaya uğrayan ikinci təyyarəsidir. Noyabrın 14-də MiQ-29 qırıcısı krayserdən uçuşa qalxdıqdan bir neçə saniyə sonra Aralıq dənizinə düşüb.
.
